“Biz həmişə olduğu kimi, maksimum gücümüzü meydanda qoyacağıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Belajdi Pusi deyib.

Albaniyalı oyunçu Misli Premyer Liqasının 29-cu turunda “Sabah”a qarşı keçirəcəkləri matçdan danışıb: “Bu matça hazırıq. 3 xal üçün meydana çıxacağıq. Düşünürəm ki, istəyimizə nail ola bilərik”.

Pusi son oyunda meydana çıxmamasından və ümumiyyətlə, bu mövsüm az oynamasından danışıb: “Baş məşqçinin qərarı idi. Meydana çıxmağa hər zaman hazıram. Lakin qərar nədirsə, ona hörmət edirəm. Bu mövsüm az oynamışam və daha çox meydanda olmaq istərdim. Amma qərarı məşqçilər heyəti verir”.

Shares: