Beşqat MBA çempionu Kobi Brayantın 2009-cu il final seriyasının ilk oyunundakı forması hərracda 1,75 milyon ABŞ dollarına satılıb.
Məhz həmin oyunda Brayant final seriyalarına aid öz şəxsi rekordunu müəyənləşdirərək 40 xal toplamışdı. Həmin il “Los-Anceles Leykers” komandası finalda “Orlando Mecik”ə 4:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Brayantın şəxsi əşyalarının satışı üzrə rekord məbləğ 5,8 milyon dollardır. Məhz bu qiymətə onun 2007-2008 mövsümündə geydiyi forma satılıb.
Əlavə edək ki, auksionda Lebron Ceymsə aid əşyalar da satışa çıxarılıb. MBA tarixində ən çox xal həddinə çatdığı atışı zamanı olan səbətin toru 152 minə satılıb. 38 mininci xalını qazanan zaman geyindiyi formaya isə 393 min dollar verilib.