Basketbol üzrə Avroliqa turnirində son turun bəzi oyunları keçirilib. Pley-in zonasına düşmək uğrunda mübarizə aparan “Anadolu Efes” komandası İstanbulda “Srvena Zvezda”nı qəbul edib. Növbəti mərhələyə adlamaq üçün qələbəyə ehtiyacı olan Türkiyə təmsilçisi sebləri darmadağın edib – 100:55.

Bununla da “Anadolu Efes” turnir cədvəlində 9-cu pilləni tutub. Belə ki, bu qələbədən sonra İstanbul klubu xallarının sayına görə öndə olan “Virtus Bolonya” ilə “Baskoniya”ya çatıb. Bu iki komanda son turda bir-birilə qarşılaşacağına görə, “Anadolu Efes” 9-cu yeri təmin edib. Belə ki, Türkiyə komandası hər iki rəqibini şəxsi görüşlərə görə üstələyir.

Beləliklə, İstanbul klubu pley-offa adlamaq üçün ilk oyununu evdə keçirəcək. Rəqibi isə “Virtus Bolonya” – “Baskoniya” oyunundan sonra məlum olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp