Almaniyanın Düsseldrof şəhərində Avropa çempionatında iştirak edəcək 24 ölkənin nümayəndələri ilə seminar keçirilib.
Futbolinfo.az xəbər verir ki, seminarda UEFA-nın Hakimlər Komitəsini sədri Roberto Rozetti və onun müavini Byorn Kaypers çıxış edib.
Çıxışlarda VAR-ın oyunlar zamanı əsas hakimlərə müdaxilələrinin kifayət qədər azaldılacağı bir daha qeyd edilib. Bu, UEFA-nın xüsusi bir siyasətidir. Bu siyasət FİFA-nın yürütdüyü xətdən ciddi şəkildə fərqlənir. VAR-ın üzvləri Leypsiq şəhərində əyləşəcəklər. Hakimlər və assistentlərin mərkəzi isə Frankfurtda olacaq.
Xatırladaq ki, oyunları idarə edəcək hakimlərin siyahısı may ayında elan ediləcək. Həmin ayın ortalarında onları təlim-məşq toplanışına çağıracaqlar.