Polşanın Poznan şəhərində gənclər arasında Avropa Kubokunda Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə edib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığma komandası medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlar arasında isə 3-cü yeri tutub.
-48 kq. çəkidə final görüşündə iki Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva və Könül Əliyeva qızıl medal uğrunda güclərini sınayıb. Nəticədə Könül Əliyeva qızıl, Fəridə Mirzəyeva isə gümüş medalları bölüşdürüblər.
-52 kq. çəkidə Xədicə Qədəşova və +78 kq. çəkidə Nigar Süleymanova 5-ci yeri, -57 kq. çəkidə Fidan Qasımova isə 7-ci yeri tutub.