Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə daha 2 cavab görüşü keçiriləcək.
ÇL-in son qalibi “Mançester Siti” bu turnirin ən titullu komandası “Real”ı qəbul edəcək. Tərəflər arasında Madriddə keçirilmiş ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb.
Günün digər oyunu Almaniya nəhəngi “Bayern”lə İngiltərə təmsilçisi “Arsenal” arasında baş tutacaq.
Daha öncə Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) komandaları yarımfinala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
17 aprel
23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
İlk oyun – 3:3.
23:00. “Bayern” (Almaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 2:2.