“Ayntraxt” Donni van de Bekin transfer hüquqlarına sahib çıxmayacaq. Almaniya klubu icarədə olan niderlandlı yarımmüdafiəçidən razı deyil.

Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu icarəyə götürülərkən müqaviləyə xüsusi bənd salınmışdı. Belə ki, Frankfurt təmsilçisi istərsə, 11 milyon avro (+ 3 milyon avro bonuslar) ödəyərək Niderland millisinin üzvünün transfer hüququna birdəfəlik sahib çıxa bilər. Lakin van de Bekin çıxışı qaneedici olmadığından, Bundesliqa təmsilçisi bu fürsətdən yararlanmayacaq.

2020-ci ilin yayında “Ayaks”dan 39 milyon avroya transfer edilən 27 yaşlı futbolçunun mançesterlilərlə anlaşması gələn mövsümün sonunda başa çatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp