İtaliyanın UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümündə 5 komanda ilə təmsil olunacağı rəsmiləşib. Bu, “Atalanta” və “Roma”nın UEFA Avropa Liqasında (AL), “Fiorentina”nın Konfrans Liqasında (KL) yarımfinala yüksəlməsi ilə dəqiqləşib.

İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı iki liqası sırasında yer almağı təmin edib. 2024/2025 mövsümündə A Seriyasının 8 iştirakçısı avrokuboklarda mübarizə aparacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında, 1-i isə Konfrans Liqasında çıxış edəcək.

İtaliyanın ÇL-dəki iştirakçı sayı hətta 6-ya da yüksələ bilər. Bunun üçün “Atalanta” və ya “Roma” AL-in qalibi olmalı, həmin komanda A Seriyasında ilk “5-lik”dən kənarda qalmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp