AFFA narahatlıqları nəzərə alaraq 31-ci turun açılış matçına xüsusi həssaslıqla yanaşır. Hakimlər Komitəsinin “Turan Tovuz” – “Sumqayıt” matçı üçün təyinatlarından bunu hiss etmək mümkündür.

Futbolinfo.az xəbər verir ki, hakimlərin xüsusi köməyi sayəsində üst pillələrə “dartılmış” “Sumqayıt”a bu turda da yardım ediləcəyi qorxusu var idi. AFFA ictimai təzyiqdən və azarkeşlərin narazılığından ehtiyat edərək matçı ən təcrübəli və ölkədə ən yaxşılardan sayılan Əliyar Ağayevə tapşırıb. Elçin Məsiyev, Cavid Cəlilov kim refeilər hətta brqadaya salınmayıb k, bu da “kimyaçılar”ın 12-ci oyunçudan məhrum qalması deməkdir.

Maraqlıdır ki, referilər ədalətli olanda “Sumqayıt” adətən qələbə qazana bilmir. Təsadüfi deyil, Ağayev sumqayıtlıların 5 matçına təyinat alıb və bu görüşlərdə onlar cəmi 2 xal qazanıb. Əliyar “kimyaçılar”ın “Qarabağ”a 0:5, “Kəpəz”ə 1:3, “Sabah”a 1:2 hesablı məğlubiyyətlərini qeydə alıb. “Zirə” ilə qolsuz ev, “Araz-Nxçıvan”la 1:1 hesablı heç-heçələrdə də FIFA referisi iş başında olub.

“Sumqayıt”ın 8 dəfə məğlub olduğunu nəzərə alsaq, onlardan üçünün məhz Əliyarın şahidliyi ilə reallaşması düşündürücüdür.

AFFA elə hakimi seçib ki, o, “Turan Tovuz” üçün də uğurlu deyil. Ağayev qərblilərin heç bir qarşılaşmasında qələbəsini görməyib. Evdə “Qəbələ” ilə 2:2 hesablı məğlubiyyət zamanı fit çalan Əliyar, tovuzluların 2:3 hesablı 2 məğlubiyyətini görüb – evdə “Sabah”a, səfərdə “Neftçi”yə. “Turan Tovuz” FIFA referisinin gözü önündə hər dəfə 2 qol vursa da, qələbə qazanmayıblar.

Onu da qeyd edək ki, Elçin Məsiyev cəzalanıb. 29-cu turda “Neftçi” – “Sumqayıt” (1:1) matçında çıxardığı hoqqaya görə 2 turdur təyinat almır. Bakılıların təmiz qolunu saymayan, penaltisini verməyən, qonaqların xal qazanması üçün hər şey edən FIFA referisi hətta 4-cü hakim olmağa və ya VAR-da əyləşməyə də layiq bilinmir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp