“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“İlk hissədə yaxşı oynayırdıq. Rəqib azlıqda qalana qədər oyuna nəzarət edən tərəf biz idik. Rəqib qırmızı vərəqə gördükdən sonra oyunçularım düşündülər ki, daha asan qələbə qazanacaqlar. “Zirə” azlıqda qalandan sonra toparlandı. İki standart vəziyyətdən qapımıza qol vurdular. Bu, gözlənilməz oldu. Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik. Futbolda bəzən belə hallar olur. Say üstünlüyü olsa da, məğlub olursan. Buna görə də hamı futbolu bu qədər sevir. Öncədən proqnozlaşdırmaq mümkün deyil. Mən də inanmazdım ki, say üstünlüyü ilə məğlub olarıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp