Bolqarıstan çempionatında 30-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə Sofiya ÇSKA-sı ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub.
Cəlal da bu matçın iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
“Arda” hazırda 39 xalla 9-cu pillədə qərarlaşıb.