Azərbaycan millisinin baş məşqçisi postuna namizəd göstərilən isveçrəli mütəxəssis Urs Fişer açıqlama verib.

Futbolinfo.az-a danışan təcrübəli mütəxəssis AFFA-dan təklif almadığını bildirib: “Heç bir təklif almamışam. Ümumiyyətlə, son zamanlarda kimləsə danışığım olmayıb”.

Urs Fişer AFFA-dan təklif almadığını bildirsə də, onun namizədlər siyahısında olduğu bəllidir. Yekun qərarı isə AFFA İcraiyyə Komitəsi verəcək.

Qeyd edək ki, Fişer Almaniyanın “Union” (Berlin) klubundakı uğurları ilə tanınır.

Shares: