Futbol üzrə Azərbaycan I Liqasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Mövsüm sona yaxınlaşdıqca xüsusilə yüksək yerlər uğrunda yarışan komandalar xal itkilərindən qaçmağa çalışır.

“Karvan” hədəflərindən xeyli uzaq düşsə də, iddiasından əl çəkmək istəmir. Bu səbəbdən yevlaxlılar növbəti turda “Araz Saatlı” ilə səfər matçına ciddi hazırlaşır.

95209eb7 d8c8 4d6a a5f2 d5c5aaae0d56 - Futbolinfo.az

Komandanın növbəti məşqi əsasən bərpaedici xarakter daşıyıb. Yüngül qaçışla hazırlığa başlayan futbolçuların məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub. Cəzalı Akif Tağıyev, zədəlilər Angenor Bosco və Cavanşir Cavanşirov da məşqlərdə iştirak ediblər.

Komandanın baş məşqçisi Kənan Kərimov isə qarşıdakı oyunla bağlı fikirlərini saytımızla bölüşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp