Misli Premyer Liqasının növbəti turunun “Sabah”la səfər matçı “Səbail” üçün həlledici olacaq. “Dənizçilər” bu matçda məğlub olsa, avrokubok iddiasını demək olar, itirəcək. Hətta heç-heçə də yalnız kiçik ümidlər saxlaya bilər.

Bu səbəbdən “Səbail”in sponsorları klubun idarəedici rəhbərliyinin və məşqçi heyətinn qarşısında mütləq qələbə tələbi qoyub. Öncə əsas rəqiblərdən olan “Sabah” məğlub edilməli, daha sonra digər rəqiblərlə görüşlərdə lazımi nəticə təmin olunmalıdır. Və yekunda avrokuboka vəsiqə qazanılmalıdır. Əks halda, klub yayda tamamilə yenidən qurulacaq, indiki heyətdən kimsə saxlanılmayacaq.

Bu qərar sponsorların görüşündə verilb, kluba da çatdırılıb. “Səbail”in hətta büdcəsinə görə üstün olmayan klublardan da geri qalması maliyyə təminatçılarını əsəbləşdirib. “Sabah”la matç dönüş nöqtəsi olmalıdır.

Bir sıra istefalar daha erkən reallaşa bilər. Komanda avrokuboka vəsiqə qazanmasa, zatən hamı qovulacaq. Amma bu,”Sabah”a məğlubiyyətlə indidən bəlli olsa, dar ağacının kətilləri daha tez təpiklənəcək.

Xatırladaq ki, 42 xallı “Səbail” hazırda turnur cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 5-ci olan “Sabah”ın 46 xalı var. 3-4-cü pillələrin sahibləri 47, 2-ci yerdəki komanda 49 xal yığıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp