Atletikanın əfsanəsi Useyn Bolt karyerası ərzində təəssüfləndiyi məqamdan danışıb. Əfsanəvi sprinter 2011-ci il dünya çempionatını xatırlayıb. Həmin çempionatda Useyn dünya rekordunu yeniləmişdi.
“Yeganə təəssüf edəcəyim məqam 200 metr məsafəni 19 saniyədən tez qaça bilməməyimdir”, – deyə yamaykalı idmançı “RMC Sport”a müsahibəsində bildirib.
Xatırladaq ki, həmin mundialda o, 200 metr məsafəni 19,19 saniyəyə qaçaraq dünya rekordunu yeniləmişdi. Ondan əvvəlki rekord da Boltun özünə məxsus idi. Bolt bu məsafədə rekordu 2008-ci il Olimpiya Oyunlarında yeniləyərək ABŞ-li Maykl Consondan almışdı.
Useyn Bolt 8 qat olimpiya çempionudur. 11 dəfə dünya çempionu olan yamaykalı sprinter 8 dəfə də dünya rekordunu yeniləyib. 37 yaşlı Bolt 2017-ci ildə karyerasını bitirib.