Türkiyə 1-ci Liqasında 32-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının çıxış etdiyi “Manisa” səfərdə “Adanaspor”la üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşib – 1:1.

Sərtan da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi matçın 90+3-cü dəqiqəsində meydana buraxılıb.

32 turdan sonra 37 xal toplayan “Manisa” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Shares: