MBA-da hazırda çıxış edən 100 basketbolçu, bütün zamanların ən böyük oyunçusu ilə bağlı sualı cavablandırıb.

Nəticələr “The Athletic” nəşrinin anonim səsverməsinə uyğun olub. Basketbolçular da Maykl Cordanın ən dahi olduğuna qərar veriblər. Lakin bu səsvermədə Maykl Cordan və Lebron Ceyms (45,9% – 42,1%, The Athletic) arasındakı fərq daha böyük olub (49% – 37%).

Cordanın üstünlüyü ən çox qeyri-amerikalılar, 1995-ci ildən əvvəl doğulmuş oyunçular, yüngül forvardlar, yüksək maaş alanlar (ildə 10 milyondan çox), “All-Stars” və Lebron Ceyms ilə oynamayanlar arasında özünü göstərib.

“Leykers”in forvardının keçmiş komanda yoldaşları arasında səslər bərabər paylanıb.

0bf4b01b a765 4d39 9514 576f59973143 - Futbolinfo.az
8d33b13b 0cf3 4ca9 b561 ec88a5b17ccf - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp