UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Real” Mübhendə “Bayern” ilə qarşılaşıb. 2:2 hesabı ilə bitən görüşün ən yaxşısı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Kral klubu”nun hər iki qolunun müəllifi olan Vinisius Junior digərlərindən fərqlənib. UEFA-nın rəsmi saytının məlumatına görə, braziliyalı hücumçu görüşün ən yaxşı futbolçusu seçilib. O, oyunda hesabı açmış, ikinci hissədə isə penalti ilə matçdakı son qolu vurmuşdu.

Tərəflər arasında cavab oyunu mayın 8-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Shares: