17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, millimiz ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun komandamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Millinin heyətində qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb. Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.
U-17 mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstan, mayın 7-də, saat 12:00-da isə Türkiyə yığması ilə görüşəcək.