AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” – “Kəpəz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 nömrəli futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Turan Tovuz” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” – “Turan Tovuz” oyununa FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə “Neftçi” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.

“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

“Sumqayıt” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

“Zirə” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər “Araz-Naxçıvan” klubu tərəfindən ödəniləcək.

Shares: