“Paris” klubu gələn Avroliqa turnirində iştirakını təmin edib. Fransa təmsilçisi bunu avrokuboku qazanmaqla rəsmiləşdirib.

“Valensiya”, “Alba”, “Partizan”, “Srvena Zvezda” və “Virtus”un yeri sual altındadır. Bu komandalardan biri gələn il Avroliqada olmayacaq. Qərar səsvermə yolu ilə qəbul ediləcək.

“Bu komandaların hər birinin 20% gələn il Avroliqada olmama ehtimalı var. Hamısı bərabərdir. Qərar səsvermə ilə qəbul ediləcək.

Avroliqa Berlin, Paris və London bazarında maraqlıdır. “Valensiya” mövsümün birinci hissəsində yaxşı oynadı. Şəhərdə gözəl arena tikilir. Bu, klub üçün irəliyə böyük addımdır”, – deyə basketbol üzrə Avroliqa turnirinin baş direktoru Paulyus Moteyunas bildirib.

Bundan başqa o, Dubay komandasının turnirə qatılacağı ilə bağlı məsələnin qeyri-müəyyən qaldığını vurğulayıb.

Shares: