Fransanın PUA-lara qarşı hazırladığı yeni təhlükəsizlik sistemi özünü doğrultmayıb. Sistem Olimpiya Oyunlarında istifadə edilməlidir. Bunun üçün 350 milyon avro vəsait xərclənib. Lakin sistem PUA ilə kondisioneri ayıra bilmir.
Britaniya mətbuatının məlumatına görə, qoruyucu sistem obyekti taparkən kondisionerlə dronu çaşdırır. Bunun da səbəbi paylayıcılardır. Sistemin iş prinsiplərindən biri kiçik propellerlərə reaksiya verməkdir. Kondisionerlərdə olan kullerlər propeller kimi sistemin işinə əngəl törədir.
Xüsusilə də binaların yuxarı mərtəbələrində və damlarda quraşdırılmış kondisionerlər sistemin işləməsinə imkan vermir.