Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində məşhur “Met Gala” gecəsi keçirilib. Bu gecə dünyanın ən məşhur xeyriyyə moda tədbiridir.
Mərasimdə çox sayda tanınmış idmançı iştirak edib. Onlar xüsusi paltarlarda tədbirə qatılıblar.
Yeddiqat dünya çempionu, Formula 1 pilotu Lyuis Həmilton tam qara paltarda olub. “Böyük dəbilqə” seriyalı turnirlərin beşqat qalibi, tennisçi Mariya Şarapova tennis topunun rəngində libas geyinib. Onun həmkarı, yeddiqat BD çempionu Vinus Uilyams da tədbirdə iştirak edənlər arasında olub.
Bu il tədbirin təşkilatçıları gecəni “Yatan gözəllər, modanın oyanışı” adlandırıblar.