AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda I Liqanın 25-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İrəvan” – “Difai Ağsu” oyunu “İrəvan” klubunun formasında qüsurlar olması səbəbindən 7 dəqiqə gec başladığına görə “İrəvan” klubu 80 manat cərimə edilib.
“Şamaxı” – “Karvan” oyununun 10-cu dəqiqəsində “Karvan” klubunun 9 nömrəli futbolçusu Budaq Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Karvan” klubu 300 manat cərimə edilib.
“Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilib.
“Mingəçevir” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zaqatala” klubu 150 manat cərimə edilib.
“İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib.
“İmişli” – “Qaradağ Lökbatan” oyununun 42-ci dəqiqəsində meydançaya atılan kənar əşyanın hakimə dəyməsi nəticəsində oyunda 10 dəqiqə fasilə yarandığına görə “İmişli” klubu 500 manat cərimə edilib, “İmişli” klubuna xəbərdarlıq edilib.
“İmişli” – “Qaradağ Lökbatan” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.