“Neftçi”nin gücü hər kəsə bəllidir. Buna baxmayaraq, matça ciddi hazırlaşmışdıq. Meydana da uğur qazanmaq üçün çıxmışdıq. Fikirləşirdik ki, xal və ya xallar götürək, amma alınmadı”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasının 34-cü turunda “Neftçi”yə 1:5 hesablı məğlubiyyətdən danışıb: “Matça yaxşı başlamışdıq. Önə keçsək də, sonradan diqqətsizlik edib ardıcıl iki qol buraxdıq. Düzünü desəm, hər bir məğlubiyyət komandaya pis təsir edir. Böyük hesabla uduzmağımız üzücüdür. Amma toparlanıb qarşıdakı matçlara köklənəcəyik. Əlimizdən gələni edib maksimum nəticə qazanmaq istəyirik”.

28 yaşlı oyunçu matçın gedişində Filip Ozobiçlə aralarında yaranan gərginliyə belə aydınlıq gətirib: “Oyundur, gərginlik var idi. Bir az mübahisə oldu. Keçdi getdi, futbolda bu cür hallar yaşanır”.

Şahverdiyev sabiq komandası “Qəbələ”nin Liqaya düşməsinə üzüldüyünü sözlərinə əlavə edib: “Qəbələ”nin aşağı dəstədə oynamasını görmək üzücüdür. Bu klub böyük komandadır. Azərbaycan çempionatına daim rəng qatıblar. Uğurlar arzu edirəm və ümid edirəm ki, yenidən əsas liqaya dönəcəklər”.

Shares: