İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, günün yeganə matçı Londonda yerli “Tottenhem”lə “Mançester Siti” arasında baş tutub.
Lider “Arsenal”dan 1 xal geri qalan “şəhərlilər” çətin səfərdən inamlı qələbə ilə ayrılmaqla sona bir tur qalmış zirvəyə yüksəlib.
İngiltərə Premyer Liqası
34-cü turun oyunu
14 may
Tottenhem – Mançester Siti 0:2
Qollar: Haland, 51; 90+1.