Azərbaycan Premyer Liqasında mövsümün başa çatmasına 2 tur qalsa da, Avropa Liqasına vəsiqə verən bir yerə 4 komanda iddiasını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, gələn mövsüm çempionatımızdan ikinci dərəcəli klub turnirinə yollanacaq komandaların I təsnifat mərhələsində hansı səbətdə qərarlaşacaqları artıq məlumdur.

İddiaçılardan yalnız “Neftçi” bunu bacarsa, püşk zamanı səpələnmişlərdə olacaq. Bu halda “ağ-qaralar”ın potensial rəqiblərindən ikisi “Elfsborq” (İsveç) və “Rujomberok (Slovakiya) olacaq. “Neftçi”nin hesabında 10,000 əmsalın olması bakılıların ilk raundda zəif rəqiblə qarşılaşmasına yol açacaq.

“Zirə”, “Sumqayıt” və ya “Sabah” isə 4,025 əmsala malik olduqlarından, onlardan hansı Avropa Liqasına yollansa, püşkatmada səpələnməmişlərdə qərar tutacaq. Bu “üçlük”dən hansı Avroliqada iştirakı təmin etsə, mümkün rəqibləri sırasında “Riyeka” (Xorvatiya) və “Tobol”un (Qazaxıstan) olacağı artıq dəqiqdir.

Qeyd edək ki, Avropa Liqasında 2024-2025 mövsümünün I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Shares: