“Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov sabah I Liqanın 26-cı turu çərçivəsində “Şamaxı”ya qarşı keçirəcəkləri oyundan danışıb.
Futbolinfo.az-a açıqlama verən çalışdırıcı yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: “Komandamız üçün çox vacib oyunlardan biridir. Bütün oyunlara necə hazırlaşmışıqsa, bu görüşə də elə yanaşırıq. Birinci Liqada qələbə qazanmaq istəyən komanda meydanda bunu göstərməlidir. Qalib olmaq istəyən komanda hər oyuna qələbə üçün çıxır. Hazırlıqlarımız yaxşı gedir. Düşünürəm ki, sabah Premyer Liqa səviyyəsində matç olacaq. Qalib gəlib əsas çempionata vəsiqə qazanmaq istəyirik. Komandamız həyəcanlı deyil, təzyiq yoxdur”.
Həşimov komandasının stadionla bağlı problemi barədə də danışıb: “Bu məsələlər həll olunub. Fikrimiz yalnız sabahkı oyundadır. Qələbə qazanmaq lazımdır. Tam heyətlə hazırlaşmışıq”.