“Azərbaycanda qazandığım təcrübə karyeramın növbəti mərhələsi üçün çox xeyir verdi. İstər “Xəzər Lənkəran”, istərsə də “Bakı”da çalışdığım dönəm mənim üçün faydalı oldu”.

Bunu futbolinfo.az saytına açıqlamasında “Bakı” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçer deyib.

Hazırda TFF I Liqada “Altay” klubunu çalışdıran 48 yaşlı mütəxəssis mövsümün əvvəlində azərbaycanlı futbolçuların Türkiyəyə axın etmələrinə münasibət bildirib. O, buna sevindiyini söyləyib: “Məncə, azərbaycanlı futbolçuların Türkiyədə oynamaları yaxşı haldır. Ümumi götürdükdə onların çıxışını müsbət qiymətləndirirəm. Həm Superliqada, həm də I Liqada oynayan futbolçularınız ölkənizi layiqincə təmsil edirlər”.

Qeyd edək ki, Cüneyt Biçer 2009-2010 mövsümündə “Bakı”da, 2011-2012 mövsümündə isə “Xəzər Lənkəran”da çalışıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp