Avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirən Azərbaycan klublarından “Sabah”, “Sumqayıt” və “Zirə”nin daha bir potensial rəqibi müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, adıçəkilən komandalardan hansı Avropanın üçüncü dərəcəli klub turnirinə vəsiqə qazansa, mümkün rəqibləri sırasında Kipr AEK-i də olacaq. Çünki ikinci təsnifat mərhələsindəki püşkatma zamanı Larnaka təmsilçisi səpələnmişlər arasında yer alacaq.

AEK-dən əvvəl isə “Yurqorden” (İsveç), “Gimaraeş” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya) və “Hayduk”un (Xorvatiya) klublarımıza potensial rəqib olacaqları bəlli idi.

Yalnız “Neftçi” reytinqi yüksək olduğundan, Konfrans Liqasında iştirak hüququna yiyələnsə, püşkdə səpələnmiş olacaq və adları sadalanan klublara rəqib olmayacaq.

Qeyd edək ki, Konfrans Liqasında 2024-2025 mövsümünün II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp