“İnter”in idman direktoru Dario Baççin Bentonu transfer etmək istədiklərini etiraf edib. O, “Atletiko Paranaense”də çıxış edən gənc istedadla maraqlandıqlarını deyib.
Futbolinfo.az xəbər verir ki, milanlıların rəsmisi qapıçının transfer siyahılarında olduqlarını bildirib: “Bentonu izlədiyimiz doğrudur. Qapıçılarımızdan məmnunuq, amma braziliyalının itedadına biganə qala bilmərik. Onu gələcək üçün diqqətdə saxlamağımız təbiidir”.
24 yaşlı “Atletiko Paranaense” yetirməsinin klubu ilə 2026-cı ilin dekabrınadək müqaviləsi var. Onun transfer qiyməti 13 milyon avrodur.