AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda I Liqanın 26-cı turu ilə aşağıdakı qərarlar qəbul edilib:

“Difai Ağsu” – MOİK oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilib.

“Difai Ağsu” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilib.

“Zaqatala” – “İrəvan” oyununda “Zaqatala” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Zaqatala” – “İrəvan” oyununda meydana kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.

“Araz Saatlı” – “İmişli” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Araz Saatlı” – “İmişli” oyununun 87-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyun, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyun cəzalanıb, “İmişli” klubu 300 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şamaxı” klubu 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı” klubunun azarkeşləri tərəfindən Lökbatan OİK stadionunda 3 ədəd oturacağın sındırılması, “Şamaxı” futbolçuları tərəfindən soyunub-geyinmə otağında 1 ədəd qapının yararsız hala salınması ilə bağlı Lökbatan OİK stadionuna dəymiş zərər “Şamaxı” klubu tərəfindən ödənilsin.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

Shares: