Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında bu gün növbəti matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşıb.

Oyun Slovakiyanın 3:1 (21:25, 25:20, 25:16, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız Qızıl Avropa Liqasında keçirdiyi ilk oyunda Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp