Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün baş tutan “Rizəspor” – “Kasımpaşa” və “Ankaragücü” – “Pendikspor” matçları qolsuz bitib.

“Kayserispor” – “Konyaspor” və “Samsunspor” – “Alanyaspor” görüşləri də heç-heçə yekunlaşıb.

Azərbaycanlı hücumçu Renat Dadaşovun komandası “Hatayspor” da bu turda “Beşiktaş”ın qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib. 72-ci dəqiqədə meydana buraxılan millimizin hücumçusu bu dəfə fərqlənə bilməyib.

“Başakşəhər” evdə “Trabzonspor”a uduzub. “Qaziantep” isə “Fatih Karagümrük”ü məğlub yola salıb.

Türkiyə Super Liqası
37-ci tur

17 may

İstanbulspor – Sivasspor 1:3
Qollar: V.Temel, 81 – Turqunboyev, 43. Koita, 54.

Antalyaspor – Adana Dəmirspor 2:1
Qollar: Mendosa, 30-öz qapısına. M.Yılmaz, 74 – Aymbetov, 65.

18 may

Ankaragücü – Pendikspor 0:0

Başakşəhər – Trabzonspor 0:1
Qol: Onuaçu, 45+2.

Beşiktaş – Hatayspor 2:2
Qollar: J.Fernandes, 50. V.Abubakar, 90+7-pen – Matondo, 26. Dele-Başiru, 55.

Qaziantep – Fatih Karagümrük 3:1
Qollar: E.Ersoy, 47. Yevtoviç, 90. Monteyro, 90+9 – Markao, 67.

Kayserispor – Konyaspor 2:2
Qollar: Mane, 32; 77-pen – S.Dikmen, 36. Nzonzi, 74.

Rizəspor – Kasımpaşa 0:0

Samsunspor – Alanyaspor 1:1
Qollar: Marius, 60 – O.Aydın, 14.

19 may

20:00. Qalatasaray – Fənərbaxça

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp