Barselona şəhər şurası basketbol üzrə Avroliqa turnirində “Dördlər Finalı”nı təşkil etmək üçün rəsmi ərizə göndərib. Kataloniya paytaxtı oyunları “Palau Sant Jordi”də qəbul etmək istəyir.

Şəhər hökuməti uzun sürən müzakirələrdən sonra belə bir qərar qəbul edib. Qərarın tam təsdiqlənməsi üçün Kataloniyanın yeni rəhbərliyinin də icazəsi olmalıdır.

“Palau Sant Jordi” arenası 1990-cı ildə inşa edildib və 2014-cü ildə rekonstruksiya işlərinə məruz qalıb. Bu arenada artıq 3 dəfə – 1998, 2003 və 2011-ci illərdə “Dördlər Finalı” baş tutub. Arenanın tutumu 17 600 nəfərdir.

Xatırladaq ki, turniri qəbul etmək üçün Belqrad və Əbu-Dabi də namizəddir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp