Formula 1 üzrə dünya çempionatının 7-ci mərhələsində təsnifat baş tutub. Maks Ferstappen ən yaxşı nəticə göstərməklə birinci start almaq hüququ əldə edib. Ondan sonra isə Oskar Piastri olub.

Lakin hakimlərin qərarı ilə avstraliyalı sürücü 3 yer cərimə alıb. Buna səbəb onun Kevin Maqnussenə mane olmasıdır.

Belə olan təüdirdə Piastri bugünkü yarışa 5-ci yerdən start verəcək. Komanda yoldaşı Lando Norris 2-ci, “Ferrari” pilotları – Şarl Lekler 3-cü, Karlos Sayns isə 4-cü yerdən başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp