Azərbaycan Texnologiya Universiteti, Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə basketbol yarışı keçirilib.

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan birincilik ali məktəblərin komandaları arasında baş tutub. 4 kollektivin mübarizə apardığı yarışda Gəncənin 3, Mingəçevirin 1 komandası iştirak edib.

Yarışın yekununda Azərbaycan Texnologiya Universiteti qalib olub. Gəncə Dövlət Universiteti ikinci, Azərbaycan Dövlət Aqrar Universitet üçüncü, Mingəçevir Dövlət Universitetinin kollektivi isə sonuncu pillədə qərarlaşıb.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp