Stefan Kuntsun yeni iş yeri bəlli oldu. Türkiyə millisinin sabiq baş məşqçisi “Hamburq”da çalışacaq.

Futbolinfo.az xəbər verir ki, milli komandamızın baş məşqçi postuna da namizəd olan alman mütəxəssis II Bundesliqa klubunda idman direktoru kimi çalışacaq. Onun Kanada yığmasına təyinat arzusu reallaşmadı, AFFA-dakı bəzi qüvvələrin niyyəti də baş tutmadı. Beləcə Türkiyə millisindən biabırçı nəticələrə görə qovulan Kunts, məşqçi kimi heç kimə lazım olmadığını bilib idman direktoru kimi təyinata razılaşdı.

“Hamburq” artıq xəbəri rəsmən təsdiqləyib. Lakin Kuntsla neçə illik müqavilə bağlandığı açıqlanmayıb.

Shares: