“Barselona” tezliklə yeni baş məşqçisini elan edəcək. Xavi Ernandesi istefaya göndərən İspaniya nəhəngi seçimini edib.

Futbolinfo.az xəbər verir ki, Hansi Fliklə uzun müddətdir davam edən müzakirələr yekunlaşıb. Alman çalışdırıcı müqavilənin bütün detallarını razılaşdırıb. O, ilinə 5,5 milyon avro maaş alacaq. İndi yalnız 2 illik anlaşmanın rəsmi açıqlanması qalıb.

Hərəsində 2 il olmaqla, “Bayern”in və Almaniya millisinin baş məşqçisi olan Flik 2023-cü ildən işsizdir. O, uğursuz nəticə üzündən Bundestimdən qovulmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp