“İnter”in çalışdırıcısı Simone İnzaqi A Seriyasında 2023/24 mövsümünün ən yaxşı baş məşqçisi seçilib. Bu barədə liqanın mətbuat xidməti xəbər verir.

Xatırladaq ki, “İnter” çempionatda aprel ayında vaxtından əvvəl titulu təmin edib. A Seriyasının bitməsinə bir tur qalmış “neradzurra” ikinci pillədəki “Milan”ı 19 xal qabaqlayaraq 93 xalla turnir cədvəlinə başçılıq edir.

İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır. O, əvvəllər “Latsio”nun baş məşqçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp