“Bu mövsüm bizim üçün daha da yaxşı ola bilərdi. Sadəcə, son turlarda bəzi oyunlarda kiçik boşluqlar verdik. Bunun nəticəsində də avrokubok zonasından uzaq qaldıq” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Tərlan Quliyev deyib.

O, komandasının bu mövsümkü çıxışını dəyərləndirib: “Ümumlikdə mövsümü bizim üçün qənaətbəxş adlandırmaq olar”.

Mövsüm ərzində çox az şans alan Quliyev həmçinin öz karyerasından və gələcəyindən söz açıb: “Karyeramı bitirmək barədə düşünmürəm. Hiss edirəm ki, hələ gücüm var, oynaya bilərəm. Bunu məşqlərdə görürəm. Bu cəhətdən problemim yoxdur. Gələcəyim barədə də qərar verməmişəm, mövsümün sonunda görəcəyik”.

32 yaşlı oyunçu komandanın növbəti mövsüm hədəflərinin necə olacağı ilə bağlı suala isə belə cavab verib: “Bunu indidən demək olmaz. Çünki bilinmir ki, komandada kim qalacaq, kim gedəcək. Bu barədə klubun rəhbərliyi, məşqçi heyəti danışa bilər. Belə komandada olmaq, bu cür kollektivlə, rəhbərliklə işləmək məni sevindirir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp