Formula 1 üzrə Monako qran-prisindən əvvəl üç sürücünün avtomobilində güc qurğusunun elementləri dəyişdirilib.

“Haas” sürücüləri Kevin Maqnussen və Niko Hülkenberq yeni enerji saxlama qurğuları və idarəetmə elektronika sistemi ilə təchiz ediliblər. “Red Bull Racing”in mexanikləri hazırkı dünya çempionu Maks Ferstappenin bolidində yeni enerji saxlama qurğusu quraşdırıblar.

Bütün əvəzetmələr icazə verilən limitlər daxilindədir. Bu səbəbdən də heç bir pilot cərimələnməyəcək.

a4866873 160b 4a48 b563 04e582575757 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp