Avtoidman məsələlərində “Red Bull” şirkətinin məsləhətçisi Helmut Marko, FİA stüardlarının dünənki yarışın başlanğıcında baş vermiş qəza ilə bağlı araşdırmanı davam etdirməmək qərarına təəccübləndiyini bildirib və hadisənin Avstriya komandasına hansı məbləğdə ziyan vurduğunu açıqlayıb.

“Bu hadisənin necə də tez həll edildiyinə təəccüblənirəm. Bir tərəfdən bu, təhlükəli insident idi. Digər tərəfdən biz 2-3 milyon dollar məbləğində zərər gördük. Hadisə Formula 1-də xərclərə məhdudiyyətlər kontekstində bizim büdcəmizə böyük təsir göstərəcək”, – deyə 81 yaşlı avstriyalı “Sky Sports”a müsahibəsində bildirib.

Xatırladaq ki, Monako qran-prisinin ilk dövrəsində “Haas” pilotları və “Red Bull” komandasının sürücüsü Serxio Peresin iştirakı ilə qəza baş verib. Qəza nəticəsində hər üç pilot yarışı tərk edib. Ən tanınmaz vəziyyətə də məhz Peresin bolidi düşüb.

034f6146 2c9f 458a bec9 00a69bd21a63 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp