“Turan Tovuz” qapıçısız qalıb. Qərblilərin bütün əlcək sahibləri komandadan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədli “Araz-Naxçıvan”la anlaşıb, bu barədə rəsmi açıqlama da verilib. Kamal Bayramov da doğma rayonunun təmsilçisindən getməyə hazırlaşır. Təcrübəli qolkiperin karyerasını bitirməsi də mümkündür. Onun başqa klublardan təklif alması gözlənilmir, “Turan Tovuz”da isə qalmaq istəmir.

Əsas heyətin üzvü Aydın Bayramov da özünə yeni iş yeri tapıb. Tovuz klubunda bir mövsüm çıxış edən 28 yaşlı “çərçivə” qoruyucusu “Zirə” ilə anlaşıb. İki illik müqavilə bağlayan qolkiper qəsəbə təmsilçisində çıxış edəcək. Transferin tezliklə açıqlanması gözlənilir.

Shares: