“Rəqib oyunun sonlarına doğru müqavimət göstərdi. Son dəqiqə qolu ilə qələbə qazandılar. Məğlubiyyətə görə təəssüflənirik”.

Futbolinfo.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Bakıda Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Mütəxəssis qarşılaşmanın istədikləri tempdə keçdiyini bildirib: “Qol şanslarımız da oldu. Amma yararlana bilmədik. İkinci hissədə üstün tərəf idik. Bununla belə, hələ də pley-off ümidimizi qoruyuruq. Qrupda hər kəsin fərqli hesabı olacaq”.

Görüşdə yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəliyeva rəqib qapısından keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp