Azərbaycan II Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşması keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, AFFA Region Liqası təmsilçisi “Hypers” II Liqanı 13-cü pillədə bitirən “Şəfa” klubu ilə qarşılaşacaq.

“ASCO Arena”da keçiriləcək görüşün start fiti saat 17:00-da səsləndiriləcək.

İlk görüşdə “Hypers” rəqibini 2:0 hesabı ilə məğlub edib. Vüqar Nadirovun baş məşqçisi olduğu kollektiv AFFA Region Liqasında ikinci yeri tutub. “Şəfa” klubu isə II Liqada 2023/2024 mövsümünü 18 xalla 13-cü pillədə bitirib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən üstün olan tərəf 2024/2025 mövsümündə Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp