“Şamaxı”nın yeni baş məşqçisinin adı bu həftə açıqlanacaq. Qeyri-adi bir şey olmasa, əyalət klubunu Ayxan Abbasov çalışdıracaq.

Futbolinfo.az xəbər verir ki, mövsüm bitən kimi gözlənilmədən “Turan Tovuz”dan ayrılan gənc mütəxəssisin işsiz günləri çox çəkməyib. Ramiz Məmmədovla vidalaşan şamaxılılar məhz ona dəvət göndərib. Tərəflər ilkin razılıq əldə edib, sadəcə, bəzi detalların dəqiqləşməsi qalıb.

I Liqanın qalibi kimi elitaya qayıdan “Şamaxı”da hazırlığın vaxtı, yeni transferlər məşqçi təyinatından sonra müəyyənləşəcək. Hazırda Abbasovu narahat edən yeganə məqam heyətin formalaşdırılması üçün lazımi büdcənin təmin olunmasıdır. Ayxan bəy komandanı Premyer Liqada saxlamaq üçün bir neçə ciddi transfer planlayır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp