Fransanın “Lill” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini qarşıdakı 2 il müddətində Bruno Genesio çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda Paulo Fonsekanı əvəzləyib.

Genesio daha əvvəl Fransanın “Olimpik” (Lion) və “Renn”, həmçinin Çinin “Beytszin Qoan” klublarını çalışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp