Türkiyə Super Liqası təmsilçisi “Qaziantep” baş məşqçisi Selçuk İnanla bağlı qərar verib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik 2024/25 mövsümündə də türkiyəli mütəxssislə əməkdaşlığa davam etmək qərarına gəlib.

İnan ötən ilin avqustundan “Qaziantep”i çalışdırır. Onun rəhbərliyi altında komanda 2023/24 mövsümündə Super Liqanı 44 xalla 11-ci pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp