“Zirə” futbolçusu Rəhim Sadıxovla yollarını ayırıb. Bu barədə klubun saytı məlumat yayıb.

Hücumçu ilə paytaxt təmsilçisi arasında imzalanmış müqavilə başa çatıb. Tərəflər onun müddətini uzatmayıb.

“Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rəhim 2022-ci ilin yayından “Zirə”də oynayırdı.

Shares: